Quran Apps in many lanuages:

Surah Al-Hijr Ayahs #52 Translated in Azerbaijani

لَا يَمَسُّهُمْ فِيهَا نَصَبٌ وَمَا هُمْ مِنْهَا بِمُخْرَجِينَ
Onlara orada (Cənnətdə) heç bir yorğunluq (zəhmət) üz verməz. Onlar oradan çıxan da deyillər. (Cənnətdə əbədi qalacaqlar).
نَبِّئْ عِبَادِي أَنِّي أَنَا الْغَفُورُ الرَّحِيمُ
(Ya Rəsulum!) Qullarıma xəbər ver ki, (tövbə edəcəkləri təqdirdə) Mən, həqiqətən, bağışlayanam, rəhm edənəm!
وَأَنَّ عَذَابِي هُوَ الْعَذَابُ الْأَلِيمُ
Eyni zamanda da əzabım da çox şiddətli əzabdır!
وَنَبِّئْهُمْ عَنْ ضَيْفِ إِبْرَاهِيمَ
Həm də onlara İbrahimin qonaqlarından (yanına qonaq gələn mələklərdən) xəbər ver!
إِذْ دَخَلُوا عَلَيْهِ فَقَالُوا سَلَامًا قَالَ إِنَّا مِنْكُمْ وَجِلُونَ
O zaman ki, onlar onun hüzuruna daxil olub: “Salam!” – dedilər. (İbrahim də qonaqların yeməyə əl uzatmadıqlarını görüb: ) “Biz, həqiqətən, sizdən qorxuruq!” – dedi.

Choose other languages: