Quran Apps in many lanuages:

Surah Al-Hijr Ayahs #54 Translated in Azerbaijani

وَأَنَّ عَذَابِي هُوَ الْعَذَابُ الْأَلِيمُ
Eyni zamanda da əzabım da çox şiddətli əzabdır!
وَنَبِّئْهُمْ عَنْ ضَيْفِ إِبْرَاهِيمَ
Həm də onlara İbrahimin qonaqlarından (yanına qonaq gələn mələklərdən) xəbər ver!
إِذْ دَخَلُوا عَلَيْهِ فَقَالُوا سَلَامًا قَالَ إِنَّا مِنْكُمْ وَجِلُونَ
O zaman ki, onlar onun hüzuruna daxil olub: “Salam!” – dedilər. (İbrahim də qonaqların yeməyə əl uzatmadıqlarını görüb: ) “Biz, həqiqətən, sizdən qorxuruq!” – dedi.
قَالُوا لَا تَوْجَلْ إِنَّا نُبَشِّرُكَ بِغُلَامٍ عَلِيمٍ
Onlar: “Qorxma, biz səni çox bilikli bir oğulla (oğlun olacağı ilə) müjdələyirik!” – deyə cavab verdilər.
قَالَ أَبَشَّرْتُمُونِي عَلَىٰ أَنْ مَسَّنِيَ الْكِبَرُ فَبِمَ تُبَشِّرُونَ
(İbrahim: ) “Qocalıq məni basdığı vaxtdamı mənə müjdə verirsiniz? Məni nə ilə muştuluqlayırsınız?” – deyə soruşdu.

Choose other languages: