Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #113 Translated in Azerbaijani

قَالَ الْمَلَأُ مِنْ قَوْمِ فِرْعَوْنَ إِنَّ هَٰذَا لَسَاحِرٌ عَلِيمٌ
Fir’on tayfasının ə’yanları dedilər: “Şübhəsiz ki, bu çox bilikli bir sehrbazdır.
يُرِيدُ أَنْ يُخْرِجَكُمْ مِنْ أَرْضِكُمْ ۖ فَمَاذَا تَأْمُرُونَ
O sizi yurdunuzdan çıxartmaq istəyir!” (Fir’on da: ) “Elə isə tədbiriniz nədir?” - (deyə soruşdu).
قَالُوا أَرْجِهْ وَأَخَاهُ وَأَرْسِلْ فِي الْمَدَائِنِ حَاشِرِينَ
Onlar dedilər: “Onu (Musanı) qardaşı (Harun) ilə birlikdə saxla və şəhərlərə (sehrbazları) yığan adamlar göndər ki
يَأْتُوكَ بِكُلِّ سَاحِرٍ عَلِيمٍ
Nə qədər bilikli sehrbaz varsa, hamısını tutub gətirsinlər!”
وَجَاءَ السَّحَرَةُ فِرْعَوْنَ قَالُوا إِنَّ لَنَا لَأَجْرًا إِنْ كُنَّا نَحْنُ الْغَالِبِينَ
Sehrbazlar Fir’onun yanına gəlib dedilər: “Əgər biz (Musaya) üstün gəlsək, yəqin ki, bizə bir mükafat veriləcək!”

Choose other languages: