Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #115 Translated in Azerbaijani

قَالُوا أَرْجِهْ وَأَخَاهُ وَأَرْسِلْ فِي الْمَدَائِنِ حَاشِرِينَ
Onlar dedilər: “Onu (Musanı) qardaşı (Harun) ilə birlikdə saxla və şəhərlərə (sehrbazları) yığan adamlar göndər ki
يَأْتُوكَ بِكُلِّ سَاحِرٍ عَلِيمٍ
Nə qədər bilikli sehrbaz varsa, hamısını tutub gətirsinlər!”
وَجَاءَ السَّحَرَةُ فِرْعَوْنَ قَالُوا إِنَّ لَنَا لَأَجْرًا إِنْ كُنَّا نَحْنُ الْغَالِبِينَ
Sehrbazlar Fir’onun yanına gəlib dedilər: “Əgər biz (Musaya) üstün gəlsək, yəqin ki, bizə bir mükafat veriləcək!”
قَالَ نَعَمْ وَإِنَّكُمْ لَمِنَ الْمُقَرَّبِينَ
(Fir’on: )”Bəli şübhəsiz ki, siz (mənə) ən yaxın adamlardan olacaqsınız!” – deyə cavab verdi.
قَالُوا يَا مُوسَىٰ إِمَّا أَنْ تُلْقِيَ وَإِمَّا أَنْ نَكُونَ نَحْنُ الْمُلْقِينَ
Sehrbazlar dedilər: “Ya Musa! Ya sən (əvvəlcə əsanı yerə) at, ya da biz (əlimizdəkiləri) ataq!”

Choose other languages: