Quran Apps in many lanuages:

Surah Ya-Seen Ayahs #63 Translated in Azerbaijani

وَامْتَازُوا الْيَوْمَ أَيُّهَا الْمُجْرِمُونَ
(Kafirlər Cəhənnəmə varid edilərək onlara belə deyiləcək: ) “Ey günahkarlar! Bu gün (mö’minlərdən) ayrılın!”
أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَا بَنِي آدَمَ أَنْ لَا تَعْبُدُوا الشَّيْطَانَ ۖ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir
وَأَنِ اعْبُدُونِي ۚ هَٰذَا صِرَاطٌ مُسْتَقِيمٌ
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
وَلَقَدْ أَضَلَّ مِنْكُمْ جِبِلًّا كَثِيرًا ۖ أَفَلَمْ تَكُونُوا تَعْقِلُونَ
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?
هَٰذِهِ جَهَنَّمُ الَّتِي كُنْتُمْ تُوعَدُونَ
Bu sizə və’d olunan Cəhənnəmdir!

Choose other languages: