Quran Apps in many lanuages:

Surah Ash-Shu'ara Ayahs #28 Translated in Azerbaijani

قَالَ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ إِنْ كُنْتُمْ مُوقِنِينَ
(Musa: ) “Əgər yəqin inanacaqsınızsa, (bilin ki) O, göylərin, yerin və onlar arasında olanların (bütün məxluqatın) Rəbbidir!” – deyə cavab verdi.
قَالَ لِمَنْ حَوْلَهُ أَلَا تَسْتَمِعُونَ
(Fir’on) ətrafındakılara: “Eşitdinizmi?” – dedi. (Musanın cavabı mənim sualıma uyğun gəlmir. Mən ondan aləmlərin Rəbbinin mahiyyəti, keyfiyyəti və cinsi barəsində soruşuram, o isə mənə Onun sifətləri, əməlləri haqqında cavab verir).
قَالَ رَبُّكُمْ وَرَبُّ آبَائِكُمُ الْأَوَّلِينَ
(Musa) dedi: “O sizin də, ulu babalarınızın (keçmiş atalarınızın) da Rəbbidir!”
قَالَ إِنَّ رَسُولَكُمُ الَّذِي أُرْسِلَ إِلَيْكُمْ لَمَجْنُونٌ
(Fir’on ətrafındakılara: ) “Sizə göndərilmiş peyğəmbər, şübhəsiz ki, divanədir!” – dedi.
قَالَ رَبُّ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَمَا بَيْنَهُمَا ۖ إِنْ كُنْتُمْ تَعْقِلُونَ
(Musa) dedi: “Əgər (ağıllı-başlı) düşünə bilirsinizsə, (anlayın ki) O, şərqin, qərbin və onların ikisinin arasında olanların Rəbbidir!”

Choose other languages: